Accessibility links

İranın valyutası dollar qarşısında dəyər itirməkdə davam edir


İranın valyutası dollar qarşısında dəyər itirməkdə davam edir. Sanksiyaların ləğvinə baxmayaraq, son altı ay ərzində rial 19 faiz dəyər itirib.

Dolların satış kursu iyun ayında 41,300 rial idisə, hazırda bu göstərici 32,300 təşkil edir.

İran valyutasının dəyəri Amerikada Donald Trampın qələbəsi ilə nəticələnən prezident seçkiləri dövründə düşməyə başlayıb. Belə ki, ABŞ-ın növbəti prezidenti İranla əldə edilən nüvə razılığını ləğv edəcəyi ilə hədələyir.

İranın Mərkəzi Bankı heç bir izahat vermədən problemə müdaxiləsini azaldıb.

"Əvvəllər Mərkəzi Bank rialı dəyərdə saxlamaq üçün bazara pul buraxırdı. Son həftələr bu, müşahidə edilmir,” deyə Tehranın adının açıqlanması istəməyən valyuta brokerlərindən biri bildirib.

2012-ci ildə beynəlxalq sanksiyaların gücləndirilməsi ilə 1 dolların satış kursu 35 min riala qalxmışdı. İki il əvvəl bu göstərici 10 min təşkil edirdi.

Əvvəllər Mərkəzi Bank rialı dəyərdə saxlamaq üçün bazara pul buraxırdı. Son həftələr bu, müşahidə edilmir.

Ekspertlərin fikrincə, hazırkı duruma səbəb qlobal bankların sanksayaların ləğv edilməsinə baxmayaraq, İrana qayıtmaqdan imtina etməsidir. Bu isə öz növbəsində ticarət və investisiya razılıqlarının təminat altına alınmasını çətinləşdirir.

Banklar qüvvədə olan (nüvə razılığının şamil edilmədiyi) bəzi sanksiyaların mənfi təsirinə məruz qala biləcəkləri qorxusu ilə İranın qeyri-şəffaf iqtisadiyyatına baş qoşmaq istəmirlər.

Hazırda yüksək inflasiyanın qayıdışının istehlakçı xərclərini artıracağına dair narahatlıqlar hökm sürür.

XS
SM
MD
LG