Accessibility links

İran səfirliyinin əməkdaşı Azərbaycandan çıxarılıb


İranın Azərbaycandakı səfirliyi

İranın Azərbaycandakı səfirliyi

İran bununla bağlı Azərbaycana nota verib

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin Maliyyə şöbəsinin rəisi Əhməd Əhmədzadə Noyabrın 24-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və ölkədən çıxarılıb.

Trend agentliyinin məlumatına görə, bununla bağlı İran Azərbaycana nota verib.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildirilib ki, Ə.Əhmədzadənin viza problemi olub, ona görə də Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycandan çıxarılıb.

Bununla bağlı Azərbaycan Dövlət Miqrasiya Xidmətindən məlumat almaq mümkün olmayıb.
XS
SM
MD
LG