Accessibility links

İranın nüvə proqramına dair razılıq əldə olunub


İsveçrənin Lozanna şəhərində 8 gündür davam edən danışıqlardan sonra Iran və dünyanın altı qüdrətli ölkəsi Tehranın nüvə proqramına dair sazişin əsas parametrləri üzərində razılığa gəlib.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini bildirib ki, bu “həlledici” qərar iyunun 30-a təyin olunmuş son möhlətə qədər yekun qərarın alınmasının təməlini qoyacaq. O, İranın razılaşmanın şərtlərinə əməl etdiyi təsdiq olunduğu təqdirdə, Avropa İttifaqı və Birləşmiş Ştatların İrana qarşı tətbiq eydiyi sanksiyaların ləğv ediləcəyini deyib.

İran prezidenti Həsən Ruhani və ABŞ dövlət katibi Con Kerri rəsmi Twitter hesablarında sazişin əsas parametrləri üzərində razılığın əldə olunduğunu bildiriblər.

İlkin razılıq üçün müəyyən olunan ilk möhlət martıın 31-i idi, lakin bu tarix bundan öncə də iki dəfə uzadılıb.

Bu gün Ağ Evdə danışan ABŞ prezidenti Amerikanın İranla tarixi bir anlaşma əldə etdiyini deyib.

Barak Obama razılığın əsas fikir ayrılıqlarını aradan qaldırdığını və İranı nüvə bombası istehsalı etməkdən çəkindirdiyini bildirib.

Obama deyib ki, əsas detallar gələn 3 ay ərzində yekunlaşdırılacaq.

İsveçrənin Lozanna şəhərindən razılığa münasibət bildirən ABŞ dövlət katibi Con Kerri bildirib ki, sənədin parametrləri İranın nüvə silahı istehsalına aparan bütün yolları kəsmiş olur.

XS
SM
MD
LG