Accessibility links

Iranın müxalifət qrupları yürüşlər keçirilməsi ilə bağlı hökumətə müraciət etmişlər


Iranın müxalifət qrupları yürüşlər keçirilməsi ilə bağlı hökumətə müraciət etmişlər

Iranın müxalifət qrupları yürüşlər keçirilməsi ilə bağlı hökumətə müraciət etmişlər

İran müxalifətinin 8 qrupu yürüşlər təşkil etmək üçün hökumətdən icazə istəyir

İran müxalifətinin daha 8 qrupu keçən ilin iyun ayında keçirilən prezident seçkilərinin indönümü münasibəti ilə yürüşlər təşkil etmələrinə icazə verilməsi üçün İran rəsmilərinə müraciət etmişdir. İranın əsas iki müxalifət qrupunun rəsmilərə icazə barədə müraciət etmələrindən sonra digər müxalifət qrupları da dünən İranın Daxili İşlər Nazirliyinə məktub göndərmişlər. İran hökuməti müraciət edən səkkiz qrupdan İran İslam İştirak Cənbhəsi və İslam İnqilabının Mücahidləri partiyaları fəallarına aksiyalar keçirmələrinə qadağa qoymuşdur.

Bazar ertəsi isə müxalifətin “SahamNevvs” veb səhifəsində müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin Tehran vilayət qubernatoruna yürüşlər keçirilməsinə icazə barədə müraciət etdikləri bildirilmişdi.

XS
SM
MD
LG