Accessibility links

Bağdadda xristianlar hücuma məruz qalıb


İraqın paytaxtı Bağdadda xristianlar hücuma məruz qalıb.

Dora məhəlləsində Milad bayramı münasibəti ilə kilsədə mərasim keçirənlər bomba partlayışının qurbanı olub. Nəticədə 24 adam həlak olub, 30-dan çox insan xəsarət alıb.

Digər bir bölgədə isə partlayış 10 nəfərin ölümünə, 14-nün yaralanmasına səbəb olub.

BMT-nin təxminlərinə görə İraqda bu il 8 min insan zorakılıqların qurbanı olub. Onların əksəriyyəti mülki vətəndaşlardır.
XS
SM
MD
LG