Accessibility links

İraqda tələbələrə hücum zamanı bir nəfər həlak olub, 80 nəfər yaralanıb


İraqda tələbələrə hücum zamanı bir nəfər həlak olub, 80 nəfər yaralanıb
İraqda tələbələrə hücum zamanı bir nəfər həlak olub, 80 nəfər yaralanıb

Rəsmilərin bildirdiyinə görə, əldə hazırlanmış partlayıcı maddələr və maşında yerləşdirilmiş bomba tələbələri daşıyan avtobusların yanında partlayıb

İraq polisi Mosul şəhəri yaxınlığında xristian tələbələrin hədəf alındığı iki bomba hücumu nəticəsində bir nəfərin həlak olduğunu, 80 nəfərin yaralandığını bildirir.

Rəsmilərin bildirdiyinə görə, əldə hazırlanmış partlayıcı maddələr və maşında yerləşdirilmiş bomba tələbələri əsas etibarilə xristianların yaşadığı Həmdaniyyə şəhərindən Mosul univeristetinə aparan avtobusların yanında partlamışdır.

İraq üsyançılarının xristianlar və başqa azlıqları hədəf alması Human Rights Watch təşkilatını rəsmiləri bu qrupları müdafiə etməyə çağırmağa vadar etmişdir.

XS
SM
MD
LG