Accessibility links

ABŞ-ın Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib ki, İraq qüvvələri Mosul yaxınlığında əsas aviabazanı ələ keçiriblər. Hərbi qüvvələr bölgədə İslam Dövləti qrupuna qarşı artıq 10-cu gündür ki, əməliyyatlar keçirir.

ABŞ müdafiə naziri Eş Karter İraq liderləri və ABŞ komandirləri ilə görüşmək üçün gözlənilmədən İraqa səfər edib.

Yola düşməzdən əvvəl jurnalistlərə danışan Karter bildirib ki, ABŞ və koalisiya qüvvələrinin əməliyyatlarla bağlı planları var.

O, ələ keçirilən aviabazadan logistik dəstək yaradılacağını və əraziyə səfərinin bununla bağlı olduğunu deyib.

Karter İraqın baş naziri Heydər Əl-Abadi və müdafiə naziri Xalid Əl-Obeydi ilə Bağdadda görüşəcək və İraq Kürdüstanının prezidenti Məsud Barzani ilə telefon danışığı aparacaq.

"İraqın Hit, Rupta və Ramadi şəhərlərini yenidən ələ keçirmək İraq və Suriyada gedən döyüşləri ayırmaq üçün əsas addım idi", deyə Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib.

XS
SM
MD
LG