Accessibility links

Bağdadda silsilə hücumlar həyata keçirilib


Iraq rəsmilərinin bildirdiyinə görə, paytaxt Bağdadın şiələrin çoxluq təşkil etdiyi bölgələrində həyata keçirilən bomba və digər hücumlar nəticəsində azı 50 nəfər ölmüş, 160 nəfər yaralanmışdır.

Bu gün həyata keçirilən hücumlar ABŞ ordusunun İraqa hərbi müdaxiləsinin 10-cü ildönümü və İraqda keçiriləcək seçkilər ərəfəsinə təsadüf edir. Ölkənin baş nazirinin ofisindən alınan məlumatda deyilir ki, bir neçə namizədin qətlə yetirilməklə hədələndiyi səbəbindən Ənbar və Naynivah vilayətlərində aprel ayının 20-də keçiriləcək seçkilər 6 ay təxirə salınacaq.

Bugünkü bomba hücumları Sədr şəhəri və qərb səfirliklərinin yerləşdiyi Yaşıl Zona da daxil edilməklə, Bağdadın bir neçə məhəlləsində həyata keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG