Accessibility links

Bağdadda intiharçı hücumu


İraqın paytaxtı Bağdadda intiharçı hücumu nəticəsində 35 nəfər həlak olub, 50 nəfər yaralanıb. Bəzi xəbərlərdə ölənlərin sayının daha yüksək olduğu deyilir.

Rəsmilərin bildirdiyinə görə, hücum şiələrin Məhərrəm ayı İmam Hüseynin öldürüldüyü gün münasibəti ilə təşkil edlən mərasim zamanı həyata keçirilib.

Hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb.

İŞİD İraqın şiə əksəriyyətinə qarşı bunabəznəz hücumları ilə tanınır.

Hadisə İraqın təhlükəsizlik qüvvələrinin yaraqlıların əlində olan Mosul şəhərinin geri alınması əməliyyatlarına hazırlaşdığı vaxta təsadüf edir.

XS
SM
MD
LG