Accessibility links

İraq İslam Dövlətinə qarşı qurudan hücuma hazırlaşır


Koalisiya tərəfindən həyata keçirilən hava hücumları İslam Dövlətinin mövqelərini zəiflədib

Iraq itirdiyi torpaqları geri almaq məqsədilə İslam Dövləti qiyamçılarına qarşı hücuma başlayıb. Yerli kürd və şiə yarı-hərbi dəstələr işğalçı radikal qrupa qarşı döyüşdə hökümət qüvvələrinə qoşulublar və koalisiya hava hücumları tərəfindən dəstəklənirlər.

Biz bu döyüşdə iştirak edəcək peşmərgə qüvvələri, xalq səfərbərlik qüvvələri eləcə də qəbilə qüvvələri ilə yüksək səviyyədə koordinasiya edirik

Ölkənin şimalında yerləşən hərbi bazadakı İraq qoşunları qurudan hücuma hazır vəziyyətdədirlər. Onların komandiri deyir ki, polis və yerli qəbilələrin yarı-hərbi dəstələri də döyüşdə iştirak edəcək.

“Biz hamımız birlikdə işləyirik. Biz bu döyüşdə iştirak edəcək peşmərgə qüvvələri, xalq səfərbərlik qüvvələri, eləcə də qəbilə qüvvələri ilə yüksək səviyyədə koordinasiya edirik. Müxtəlif departamentlərdən yerli və federal polislər, habelə İraq hava qüvvələrinin dəstəklədiyini İraq ordusunun şirləri də iştirak edəcək.”

Koalisiya tərəfindən həyata keçirilən hava hücumları qurudan hücumlara başlamadan öncə artıq İslam Dövlətinin mövqelərini zəiflətməyə başlayıb.

Çərşənbə günü İraqın xüsusi qüvvələri və hərbiləşdirilmiş şiə döyüşçüləri yaraqlılardan əsas neftayırma zavodunu yaraqlılardan almaq üçün döyüşüblər.

İraq prezidenti Fuad Məsum
İraq prezidenti Fuad Məsum

Son il ərzində böyük Baici neftayırma kompleksinə bir neçə müxtəlif qrup nəzarət edib. Hökümət noyabr ayında zavodun nəzarətini yaraqlıların əlindən alıb, daha sonra itirib, daha sonra isə yenidən apreldə geri alıb. Bu ayın əvvəli isə yarı-hərbi dəstələr kompleksin nəzarətini ələ keçirib.

Amerikanin Səsinə müsahibəsində İraq prezidenti Fuad Məsum Daeş kimi tanınan yaraqlıları məğlub etməyin asan olmayacağını etiraf edib.

Prezident həmçinin İslam Dövlətini məğlub etmək üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG