Accessibility links

İraqda partlayış zamanı 22 nəfər həlak olub


İraq rəsmiləri bildirib ki, ölkənin paytaxtı yaxınlığında intiharçı hücumu hökumət tərəfdarı sünni yarı-hərbi dəstələri hədəf alıb. Hücum zamanı azı 22 nəfər həlak olub.

Partlayış bu gün səhər Bağdaddan 45 kilometrliyində yerləşən Madaen şəhərində baş verib.

Rəsmilər ölənlərin əksəriyyətinin maaşlarını almaq üçün toplaşan hökumət tərəfdarı döyüşçülər olduğunu bildirib. Ölənlər arasında üç İraq əsgəri də olub. Bomba hücumu zamanı azı 55 nəfər yaralanıb.

Yarı-hərbi döyüşçülər sünni İslam Dövləti qrupuna qarşı döyüşən və Əl-Qaidənin İraqdakı filialına qarşı döyüşlərdə ABŞ qüvvələrinə kömək edən Sahva qrupunun bir hissəsi idi.

XS
SM
MD
LG