Accessibility links

Kürd hərbi qüvvələri İslam Dövləti qrupunu İraqın şimalındakı strateji şəhərdən çıxarmaq üçün əməliyyatlara başlayıb. Rəsmilərin dediyinə görə, kürdlərin Peşmərgə döyüşçüləri bu gün səhər tezdən başlayaraq Bağdaddan 115 km şimalda yerləşən Calaulanın bəzi yerlərini ələ keçirib.

Kürdlərin yarı-muxtar vilayətinə yaxın, hadisələrin baş verdiyi ərazi İslam Dövləti ektremistləri tərəfindən avqustun 11-də ələ keçirilmişdi.

Birləşmiş Ştatların hava hücumlarının köməyi ilə Peşmərgə ələ keçirilmiş əraziləri geri qaytaqmağa başlayıb.

Birləşmiş Ştatlar da daxil olmaqla, Qərb sünni ekstremistlərin İslam Dövlətinə qarşı mübarizə aparmaq üçün kürdlərin Peşmərgə ordusuna silah verməyə başlayıb.

XS
SM
MD
LG