Accessibility links

ABŞ dövlət katibi Con Kerri İraqda sünni ekstremistlərlə mübarizə məqsədi ilə yeni hökumətin tez bir zamanda təşkilinin mühümlüyünü bir daha təkrar edib.

Sünni, şiə və kürdlər kimi bütün iraqlıların narahatlıqları nəzərə alındığı təqdirdə İraq daha təhlükəsiz bir yerə çevrilə bilər

Bağdadda müxbirlərlə görüşü zamanı Kerri deyib ki, İraqın gələcəyi hökumətin təriqətlərarası parçalanmaya son qoymasından asılıdır. “Yalnız sünni, şiə və kürdlər kimi bütün iraqlıların narahatlıqları nəzərə alındığı təqdirdə İraq daha təhlükəsiz bir yerə çevrilə bilər.”

Lakin iraqlıların birləşəcəyi və ya 3 yarı-muxtar vilayətə bölünəcəyi məsələsi sual altındadır. Bu ideya 2006-cı ildə konqresmen ikən hazırkı vitse-prezident Co Bayden tərəfindən səslənmişdi.

ABŞ Dğvlət Katibi Con Kerri İraqa səfərdə Baş Nazir Nuri əl-Malikini başqa təriqətlərin nümayəndələrini hökumətə cəlb etməyə çağırıb.

ABŞ Dğvlət Katibi Con Kerri İraqa səfərdə Baş Nazir Nuri əl-Malikini başqa təriqətlərin nümayəndələrini hökumətə cəlb etməyə çağırıb.

Təqaüddə olan polkovnik Peter Mənsur isə İraqın parçalanması ideyasını rədd edib. 2007-ci ildə general Devid Petreyesin İraqdakı baş zabiti vəzifəsində çalışan Mənsur bildirib ki, iraqlıların 40 faizi sünni-şiə evliliyinə malikdir. “İraqın təriqətlərə bölündüyünü demək olmaz. Bu, öz maraqlarını güdən siyasətçilərin yaratdığı bir parçalanmadır.”

İraqın baş nazir müavininin sabiq müşaviri Məzin Əl-Eşaker Milli Mətbuat Klubundakı çıxışı zamanı deyib ki, İraqda elitarizm və iqtisadi təbəqələr problemi mövcuddur.

O bildirib ki, İraq hökuməti son onillikdə regional əməkdaşlıq və xarici investisiyalara açıq olsaydı, İraq əhalisinin 4-də 1 hissəsini təşkil edən 6 milyon insan yoxsulluqda yaşamazdı.

İqtisadiyyatı açsaydıq, İraq döyüşməz, işləyərdi. Bu insanların işi olardı. Onlar zavodlarda çalışardı. Həyatlarını inkişaf etdirərdi.

“İqtisadiyyatı açsaydıq, İraq döyüşməz, işləyərdi. Bu insanların işi olardı. Onlar zavodlarda çalışardı. Həyatlarını inkişaf etdirərdi. Orta sinif yaranardı. İraqda orta sinif mövcud deyil.”

Məzin Əl-Eşaker iqtisadi natarazlığın təriqətlərarası problemlərə yol açdığını vurğulayıb.

Təhlilçilər hesab edir ki, təriqət həmrəyliyi üçün ilk növbədə hökumət insanları təmsil etməli, onların ehtiyaclarını qarşılamalıdır.

XS
SM
MD
LG