Accessibility links

İŞİD İraq və Suriyada İslam dövləti elan edib


İraq hərbi qüvvələri Tikrit şəhərini geri qaytarmaq uğrunda sünni ekstremistlərlə döyüşlər aparır. Əl-Qaidədən ayrılmış və İraqın böyük hissəsini, eləcə də Suriyanın şimalına nəzarəti ələ alan İŞİD qrupu rəsmən özünü İslam dövləti elan edib.

Hərbi rəsmilər Tikrit yaxınlığında İraqın xüsusi qüvvələrinin hərbi əməliyyata şənbə günündən başlandığını deyib. İraqın hərbi gəmilər və zirehli maşınları hücuma cənub bölgəsindən qoşulub.

İraq sözçüsü bazar günü hökumət qüvvələrinin Tikrit Universitetinə nəzarəti tam ələ aldıqlarını deyib.

İŞİD qrupunun islam dövləti bəyan etməsi barədə audio yazını sünni qrup veb səhifədə yerləşdirib. Bəyanatda İŞİD-in rəhbəri Əbu-Bəkr Əl-Bağdadinin yeni xilafətin lideri olduğu deyilib. Tarixi ifadə olan Xilafət bütün müsəlmanların suveren dövləti olmasına işarə edir.

Əl-Qaidə liderləri bu ilin əvvəli xilafət yaratmaqda maraqlı olduğuna və əmirlərə riayət etmədiyinə görə İŞİD qrupunu Əl-Qaidənin tərkibindən çıxarıb.

Əl-Qaidənin Suriyadakı rəsmi cinahı İŞİD döyüşçülərini Hələb və digər əsas sərhəd şəhərlərindən çıxarmaq üçün yanvar ayında Suriya üsyançıları ilə birləşib.

XS
SM
MD
LG