Accessibility links

Kərkükdə silsilə partlayışlar baş verib



Kərkükdə silsilə partlayışlar nəticəsində altı nəfərin öldüyü, onlarla insanın yaralandığı xəbər verilir. Təhlükəsizlik orqanları və xəstənadan verilən məlumata görə partlayışlar müxtəlif millətlərin yaşadığı Kərkük şəhərinin bir neçə rayonunda baş verib.

Polis rəsmiləri yol kənarında yerləşdirilmiş üç bombanın şəhərdə şiə məscidin, maşında və yol kənarında yerləşdirilmiş daha iki bombanın isə Kərkük televiziyasının binasının yaxınlığında partladığını bildirir.

Hücumlar nəticəsində altı polis işçisinin öldüyü, 30 adamın yaralandığı haqda məlumat verilir.

Bu silsilə partlayışlar İraqın şimalında daha bir mübahisəli regionda iki kürd peşmerqa döyüşçünün maşında yerləşdirilmiş bombanın partlaması nəticəsində ölməsindən bir neçə saat sonra baş verib.

Hücumlara görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin insidentlər mövqelərini gücləndirmək məqsədilə mübahisəli reginlara hərbi qüvvə göndərən rəsmi Bağdad və Kürdüstan hökuməti arasında münasibətlərdə gərginliyin artdığı vaxt baş verir.

Dünyanın ən zəngin neft ehtiyatlarına malik olan Kərkük Bağdadda ərəblərin başçılıq etdiyi mərkəzi hökumət və İraqın şimalında muxtar regionu idarə edən etnik kürdlər arasında mübahisənin mərkəzindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG