Accessibility links

İntiharçı hücumu Yaşıl Zona yaxınlığında baş verib

İraqda intiharçının paytaxtın çox ciddi mühafizə olunan Yaşıl Zonası yaxınlığında avtomobildə yerləşdirdiyi partlayıcının işə düşməsi nəticəsində ən azı yeddi nəfər həlak olub.

Bazar ertəsi Bağdadda baş verən partlayış İraqın hökumət binalarının və bir neçə səfirlik binalarının yerləşdiyi əraziyə gedən yol üzərindəki körpünün yaxınlığında baş verib.

Rəsmilər partlayış nəticəsində 24 nəfərin yaralandığını bildirirlər.

Partlayışa görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.
XS
SM
MD
LG