Accessibility links

Fəallar deyir ki, ABŞ-ın başçılığı altında Suriya-Türkiyə sərhədində kürd qüvvələrin İslam Dövləti qrupunun yaraqlılarından geri almağa çalışdığı qəsəbəyə hava hücumları həyata keçirilib.

Böyük Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupunun bildirdiyinə görə, Kobani qəsəbəsinə qarşı ən azı 5 hava hücumu həyata keçirilib. Son bir neçə həftə ərzində orada davam edən döyüşlər ən azı 160 mindən çox insanın evlərindən didərgin düşməsi ilə nəticələnib.

Qonşu İraqda isə Britaniya qırıcı təyyarələri artıq ikinci gündür İslam Dövləti yaraqlılarına qarşı hava hücumlarını davam etdirib. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarələr Bağdadın qərbində döyüşən İraq qüvvələri müşayiət edib.

Bununla yanaşı, Avstraliya baş naziri Toni Abbott deyib ki, ölkənin hərbi təyyarələri ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşulsa da, fərdi şəkildə hava hücumları həyata keçirməyəcəklər.

XS
SM
MD
LG