Accessibility links

İsmayıl Şaxtaxtinski: İmmiqrasiya sərəncamı 6 ölkədən başqa ayrı ölkələrdə viza verilməsi prosesində dəyişiklik yaratmır


İsmayıl Şaxtaxtinski ilə müsahibə
please wait

No media source currently available

0:00 0:08:03 0:00

ABŞ prezidenti Donald Trampın mühacirətlə bağlı yeni sərəncamı ilə dünyanın altı ölkəsinin vətəndaşlarına Amerikaya daxil olmaq üçün müvəqqəti olaraq vizaların verilməsi prosesi dayandırılıb. Yeni sərəncamda Suriya qaçqınlarının ABŞ-a daxil olması 90 gün müddətində dayandırılıb, İraq isə qadağanın tətbiq edildiyi ölkələr siyahısından çıxarılıb. Sərəncam Amerikada geniş ictimai müzakirələr və qınağa səbəb olub. Səfərlərə qadağaya dair prezident sərəncamı hüquq müdafiəçiləri tərəfindən tənqid edilir, hüquqşünaslar isə onun təsirlərini öyrənir. Amerikada tanınmış azərbaycanlı vəkil İsmayıl Şaxtaxtinski Amerikanın Səsinə müsahibədə yeni sərəncamı şərh edib.

İsmayıl Şaxtaxtinski ilk sərəncamda ölkəyə girişə qadağanın nəzərdə tutulduğu halda, ikinci sərəncamda vizaların verilməsi prosesinin əhatə olunduğunu vurğulayıb. Lakin o deyib ki, girişə qadağa yalnız BMT-nin yenidən məskunlaşma proqramını əhatə edir və bu proqrama hələlik 120 günlük qadağa tətbiq edilib. “Bu sərəncamda böyük fərq odur ki, vizası olan şəxslərə Amerikaya daxil olmaq icazəsi verilir. Ya da Amerikaya girişə icazə verən hansısa başqa sənədi olan şəxslər üçün heç bir dəyişiklik yoxdur.”

İsmayıl Şaxtaxtinski bildirib ki, sərəncamın tətbiq edildiyi altı ölkədən başqa onun ayrı ölkələrə təsir edəcəyi gözlənilmir. O, yeni qaydaların artıq ABŞ-da təhsil və iş hüququ olan azərbaycanlılara, ya da Amerikaya gəlmək məqsədilə viza üçün müraciət edən şəxslərə təsiri olmayacağını qeyd edib. İsmayıl Şaxtaxtinski viza almaq üçün müraciət edən vətəndaşların anketləri diqqətlə hazırlamalı olduğunu vurğulayıb.

“Sənədlərin düzgün hazırlanması, daha obyektiv mlumatların göstərilməsi və suallara səmimi və düzgün, konkret cavabların verilməsi ən vacib hissəsidir. Belə şayələr var ki, Azərbaycandan, çətinləşdiriblər, ya da hansısa ölkədən asanlaşdırıblar. Belə bir anlayış yoxdur və olsa idi bizim Amerikada immiqrasiya vəkilləri kollegiyasının burada məlumatı olardı.”

Vəkil hansısa bir ölkəyə və yaxud da o ölkənin vətəndaşlarına qarşı ayrı-seçkiliyin olmadığını vurğulayıb.

XS
SM
MD
LG