Accessibility links

İspaniya kralı Filippin bacısı, şahzadə Kristina ölkədə diqqət mərkəzində olan vergi qalmaqalı ilə əlaqədar məhkəmə qarşısına çıxarılıb.

Şahzadə Kristina 1975-ci ildə İspaniyada monarxiya bərpa edildikdən sonra kral ailəsinin məhkəmə qarşısına çıxarılan ilk üzvüdür.

Onun həyat yoldaşı, handbol üzrə sabiq Olimpiya çempionu İnaki Urdanqarin də Mayorka adasının keçirilən məhkəmədə olub. Urdanqarin saxtakarlıq, çirkli pulların yuyulması və külli miqdarda pul mənimsəmə kimi daha ciddi ittihamlarla qarşılaşır. O onların qeyri-hökumət təşkilatı üçün ayrılmış pulları mənimsəməkdə və bu vəsaitdən avtomobil dayanacaqlarında ödəmələr və uşaqların ad günü təntənələri üçün istifadə etməkdə günahlandırılır.

Şahzadə Kristinanın vəkili bütün ittihamların ləğv edilməsini tələb edib. Dövlət ittihamçıları da kifayət qədər dəlilin olmadığını deyir.

Lakin İspaniya qanunlarına əsasən, hər bir vətəndaş və ya qrup cinayətlə bağlı şikayətlə məhkəməyə müraciət edə bilər.

XS
SM
MD
LG