Accessibility links

Fələstinlilərə yardlm gətirən gəmilər Qəzzaya yaxınlaşır


Fələstinlilərə yardlm gətirən gəmilər Qəzzaya yaxınlaşır
Fələstinlilərə yardlm gətirən gəmilər Qəzzaya yaxınlaşır

Fələstin tərəfdarı fəallar texniki ləngimələr və İsrail hərbi dəniz qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, yardım daşıyan gəmilərin bazar günü Qəzzaya yola düşməsinə çalışır

Fələstin tərəfdarı fəallar texniki ləngimələr və İsrail hərbi dəniz qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq, yardım daşıyan gəmilərin bazar günü Qəzzaya yola düşməsinə çalışır.

10 000 ton humanitar yardım və yüzlərlə fəalı daşıyan flotiliya Kipr sahilindən Aşdod limanına yola düşməyə hazırlaşır.

Yardım missiyası bir sıra texniki məsələlərə görə ləngiyir. Təşkilatçılar problemlər nəticəsində yardım daşıyan gəmilərin sayının 8-dən 5-ə endiyini deyiblər. Onlar həmçinin gəmiyə Avropa qanunvericilərinin götürülməsi məsələsində də çətinliklərlə qarşılaşdıqlarını bildiriblər.

İsrailin müdafiə nazirinin müavini Danni Avalon bir daha bildirib ki, hərbi qüvvələr gəmilərin Fələstin ərazilərinə çatmasına imkan verməyəcək.

XS
SM
MD
LG