Accessibility links

İsrailin reydi nəticəsində 2 fələstinli həlak olub



İsrail Fələstin yaraqlılarının raket atəşlərindən sonra Qəzza zolağında hava hücumları həyata keçirib.

Fələstinin tibb rəsmilərinin bildirdiyinə görə, hava hücumları nəticəsində iki fələstinli həlak olub, 24 nəfər yaralanıb.

Rəsmilər ölənlərdən birinin altı yaşlı oğlan olduğunu bildirib. İsrail Qəzza zolağında bir neçə hədəfi vurduğunu etiraf edib, lakin uşağın ölümündə iştirakını rədd edib.

İsrail ordusu reydlərin son günlər Fələstin yaraqlılarının raket hücumlarına cavab olaraq keçirildiyini bildirib.

Fələstinlilərin atdığı raketlərdən biri İsrailin Sdeorot şəhərinə düşüb. Bir israillinin hücum nəticəsində yaralandığı xəbər verilir.
XS
SM
MD
LG