Accessibility links

Bu gün dünya xristianları İsa peyğəmbərin çarmıxa çəkildiyi günü qeyd edir. Buna görə də Qüdsdə təhlükəsilzik tədbirləri gücləndirilib.

Dünyanın hər yerindən xristianlar qeyd etmək üçün Qüdsə toplaşıb. Əllərində taxta xaç tutan və müqəddəs kitabı oxuyan zəvvarlar “Acılar yolu” deyilən Via Dolorosanın dar küçələrindən keçib.

Nigeriyalı zəvvar Yakob Adeyemi Qüdsdə keçirilən mərasimin İncili bir daha canlandırdığını deyir. “Biz buraya gəldiyimiz üçün çox xoşbəxtik. Hansı hisslər keçirdiyimizi təsəvvür ermək çətindir. Hadisələrin baş verdiyi yeri görmək xoşbəxtlikdir.”

Altı ay davam edən zorakılıqlardan sonra bu il burada bu qədər insanın bir araya gəlməsi gözlənilməz idi. Qüds fələstinlilərin israillilərə qarşı bıçaq hücumlarının mərkəzi olduğu üçün İsrail polisi və əsgərləri hazır vəziyyətdədir.

İtaliyadan gələn zəvvar Emilio Karmone Qüdsün hərbi bazaya bənzədiyini deyir. “Mən həyatımda Qüdsdə gördüyüm qədər silah görməmişdirm. Bu da o deməkdir ki, burada problemlər var. Lakin bu qədər polis və hərbi qüvvənın olmasına baxmayaraq, mən özümü təhlükəsiz hiss etmirəm.”

Mərasim İsa peyğəmbərin çarmıxa çəkildiyi “Müqəddəs Məqbərə” kilsəsində keçirilir. Xristianların Pasxa bayramı da bazar günü bu kilsədə keçiriləcək.

XS
SM
MD
LG