Accessibility links

Misir prezidenti Hüsnü Mübarək İsrail və Fələstin liderlərilə görüşüb


Müzakirələr tərəfləri birbaşa danışıqlara qayıtmağa təşviq etmək üzərində mərkəzləşib

Misir prezidenti Hüsnü Mübarək bu gün Qahirədə İsrail və fələstin liderləri, habelə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi ilə danışıqlar aparıb. Müzakirələr tərəfləri birbaşa danışıqlara qayıtmağa təşviq etmək üzərində mərkəzləşib. Assoşieyted Press agentliyinin verdiyi məlumata görə, Misrin Xarici İşlər naziri Əbül Ğeys deyib ki, vasitəli danışıqlardan birbaşa danışıqlara keçmək üçün əsas yaradılmayıb. Fələstinlilərin prezidenti Mahmud Abbas bildirib ki, sərhəd, təhlükəsilzik və yəhudi yaşayış məntəqələrinin inşası kimi məsələlərin həllində inkişaf olmasa, o, İsraillə birbaşa danışıqlara başlamayacaq. İsrailin baş naziri Benyamin Netanyahu isə birbaşa danışıqlara keçmək isyədiyini bildirib. ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel cənab Netanyahu və Cənab Abbas arasında danışıqlarda vasitəçilik etmək üçün regiona səfər edib.

XS
SM
MD
LG