Accessibility links

Rusiya Yaxın Şərqdə də güc nümayiş etdirmək qərarına gəlib [Video]


Rusiya Yaxın Şərqdə də güc nümayiş etdirmək qərarına gəlib
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Rusiya Suriyada vətəndaş müharibəsinə müdaxiləsi etməklə Yaxın Şərqdə də güc nümayiş etdirmək qərarına gəlib. Prezident Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə fələstinlilərin prezidenti Mahmud Abbasa Moskvada görüşərək, üz-üzə danışmağı təklif edib. Danışıqları davam etdirməyə hazır olduqlarını deyən hər iki lider, eyni zamanda bir-birini prosesi ləngitməkdə ittiham edir.

Rusiyanın Yaxın Şərq üzrə nümayəndəsi Mixail Boqdanov İsrailin baş naziri Benyamin Netanyahu ilə Qüdsdə görüşdükdən bir gün sonra Fələstin Azadlıq Təşkilatının baş katibi Sahib Erekatla İordan Çayının Qərb Sahilinin Ramallah şəhərində görüşüb. “Biz prezident Putinin təklif etdiyi Rusiya təşəbbüsünü qəbul etdiyinə görə cənab Mahmud Abbasa təşəkkür edirik. Biz görüşün forması, məzmunu və tarixi ilə bağlı hər iki tərəflə müzakirələri davam etdirəcəyik” deyə, cənab Boqdanov bildirib.

Çərşənbə axşamı Polşada səfərdə olan cənab Abbas görüşə hazır olduğunu bildirib. “Mən cənab Netanyahu ilə görüşmək üçün Moskvaya buradan getməli idim. Lakin təəssüflər olsun ki, cənab Netanyahunun yardımçıları Putinin yardımçısına deyib ki, Netanyahu görüşün vaxtını dəyişib və mən bu görüşün nə vaxt baş tutacağını hələlik bilmirəm.”

Cənab Netanyahu deyib ki, görüş fələstinlilərin planlaşdırdığı vaxt keçirilə bilməz. “Elə dünən fələstinlilərin sözçüsü məhbuslar azad edildiyi təqdirdə cənab Abbasın görüşə razı olacağını dedi. Əgər Mahmud Abbas danışıqlara heç bir şərt qoymadan razıdırsa, mən hər zaman hazıram.”

Çərşənbə axşamı cənab Netanyahu Qəzzanın blokadası da olmaqla, fələstinlilərə qarşı münasibəti pisləyən qəzəbli etirazların keçirildiyi Haaqaya səfər edib. İsrail lideri səfəri çərçivəsində o ölkənin Fələsininlilərin sahil zolağına su və enetji ehtiyatlarının inkiaşına yardımı məsələsini müzakirə edib. “Biz Qəzza xalqı ilə müharibə aparmırıq. Mübarizəmiz yalnız terrorçularladır. Biz onlara yardım etmək, qaz kəməri də dcxil edilməklə, onları su və enetji ilə təmni etməyə çalışırıq" deyə, cənab Netanyahu bildirib.

İsrail qüvvələri bu həftə Qəzzaya hücumları davam etdirib. Rəsmilər Həmasın mövqelərinin hədəf aldığını desə də, mülki əhalinin evlərini də dağıdıb. Həmas döyüşçüləri İsrail ərazilərinə tez-tez raket hücumları həyata keçirir. İsrail isə buna cavab olan hücumlarına bəraət qazandırır.

XS
SM
MD
LG