Accessibility links

İsrail Qəzza zolağında raket hücumları keçirib


İsrail Qəzza zolağında 10 obyektin hədəf alındığı raket hücumları keçirdiyini bildirib. Səhər tezdən keçirilən əməliyyatların hədəfi İsrail ordusunun bildirdiyinə görə fələstinlilərin İsrail ərazisinə raketl'r atdığı obyektlər olub.

Şərqi Qüds və başqa şəhərlərdə İsrail polisi və fələstinli etirazçılar arasında toqquşmalar davam edir.

İyun ayında İordan çayının Qərb sahilində israilli yeniyetmələrin oğurlanması və sonradan cəsədlərinin tapılmasından sonra gərginliklər artıb. İsrail yeniyetmələrin oğurlanması və öldürülməsində Həmas silahlı qrupunu günahlandırır.

Fələstininin baş prokuroru isə bildirib ki, qisas olaraq qətlə yetirildiyi ehtimal edilən ərəb yeniyetmənin cəsədinin tibbi ekspertizası onun yandırıldığını göstərir.

Məhəmməd Əbu Xudayrın cəsədi onun güclə maşına salınıb oğurlanmasından bir saat sonra Qüds meşəsində tapılıb.

İsrail polisi Məhəmməd Əbu Xudayrın qətli ilə ilə əlaqədar bir neçə şübhəlini həbs edib.

XS
SM
MD
LG