Accessibility links

İsrail qüvvələri Qüdslə İordan çayının Qərb sahilində Ramallah şəhəri arasında əsas keçid yoxlama məntəqəsində nümayişlər keçirən gənc fələstinlilərlə toqquşub.

Bir neçə yüz fələstinli Qalandiya yoxlama postunda nümayiş keçirib, bəziləri daş atıblar. İsrail qüvvələri kütləni dağıtmaq məqsədilə nümayişçilərə qarşı rezin güllələr və səs qumbaralarından istifadə edib.

Şərqi Qüdsdə və İordan çayının Qərb sahilində son həftələr Qüdsün müsəlmanların Əl-Aqsa məscidi, yəhudilərin isə Məbəd dağı kimi tanıdığı müqəddəs ibadətgahları ilə bağlı mübahisələr nəticəsində zorakılıqların artdığı müşahidə edilir.

Son günlər dörd israilli atışma və bıçaqlanmaı nəticəsində həyatını itirib. Bazar ertəsi İsrail qüvvələri daş atan iki fələstinli yeniyetməni öldürüb. İsrail polisi həmçinin keçən həftə israilli evli cütün qətlində ittiham edilən beş fələstinlini həbs edib.

İsrail ordusu keçən il Qüdsdə insan ölümülə nəticələnən hücumu həyata keçirən iki fələstinli militantaın evini söküb.

İsrail bildirir ki, bu addım atışma və bıçaqlanma ilə müşayiət olan qətllərdən sonra fələstinli terrorçuların qarşısını almaq məqsədilə atılıb.

İsrailin Baş naziri Benyamin Netanyahu terrora qarşı ciddi mübarizə aparmağa və üçüncü Fələstin üsyanının baş verə biləcəyi ilə bağlı qorxuların artmasına səbəb olmuş iğtişaşları dayandırmağa söz verib.

XS
SM
MD
LG