Accessibility links

İsrail və Həmas Qəzzada iki saat müddətinə atəşkəsə razı olub


İsrail Qəzzada humanitar yardımın göstərilə bilməsi üçün iki saat müddətinə atəşkəsə razı olub. Bu haqda məlumatı İsrail hərbi qüvvələrinin sözçüsü verib.

Atəşkəs haqda müraciət Qırmızı Aypara Cəmiyyəti tərəfindən edilib. Yerli vaxtla günorta 1:30-dan 3:30-a qədər sürəcək atəkəş zamanı Şicayla bölgəsində fələstinlilərə yardım göstəriləcək.

Həmas atəşkəsə əməl edəcəyini bildirib.

İsrail ordusunun hava əməliyyatları nəticəsində Şicaylada təxminən 50 fələstinlinin öldüyü bildirilir.

Fələstinli tibb işçiləri İsrailin iki həftəyə yaxındır davam edən hava hücumları nəticəsində ölənlərin sayının 400 nəfərə çatdığını bildirib. Bunların əksəriyyəti mülki vətəndaşlardır.

İsrail iyulun 8-də başlayan hava əməliyyatları nəticəsində israilli iki mülki vətəndaşın və beş İsrail əsgərinin öldüyünü bildirib.

BMT-nin Baş katibi Ban Ki Mun israillilər və fələstinlilər arsında zorakılıqlara son qoyulması məqsədilə bazar günü Yaxın Şərqə səfər edir.

BMT-nin bildirdiyinə görə, cənab Banın səfərinin ilk dayanacağı Doha olacaq. Bundan sonra onun Küveyt, Qhirə, Qüds, Ramallah və Əmmana səfər edəcəyi gözlənilir.

Rəsmilər BMT-nin Baş katibinin səfərinin əsas məqsədinin İsrail və Həmas yaraqlıları arasında uzun müddətli atəşkəsə nail olmaqdan ibarət olduğunu bildirir.

XS
SM
MD
LG