Accessibility links

İsraildə yeni müdafiə naziri təyin olunub


Israilin baş naziri Benyamin Netanyahu koalisiya hökümətini genişləndirib. Amma sərtxətt tərəfdarı bir şəxsi Nazirlər Kabinetində yüksək vəzifəyə təyin etməsi həm ölkə daxilində, həm də xaricdə tənqidlərə səbəb olub.

Yisrael Beitenu partiyasına sədrlik edən ultramillətçi Aviqdor Liberman İsrailin ən çox qütbləşən siyasi xadimlərindəndir və fələstinlilərə qarşı sərt siyasət yeridir.

Libermanın partiyası daxil olmaqla, Netanyahunun höküməti artıq parlametdəki yerlərin yarısından çoxuna nəzarət edir.

Liberman yeni müdafiə naziri olaraq xidmət göstərəcək.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, Libermanın bu vəzifəyə təyin olunması iki-dövlət həllini çətinləşdirə bilər.

Mark Toner əlavə edib ki, ABŞ İsrail höküməti ilə əməkdaşlığını davam etdirəcək.

XS
SM
MD
LG