Accessibility links

İsrail hökuməti beş il blokadada saxladığı Qəzza Zolağına girişi nisbətən açıb. Ötən günlərdə fərdi istifadə üçün tikinti materialları ilə dolu maşınların Fələstin ərazisinə daxil olmasına icazə verilib.

Misirdən alınmış tikinti materialları Qatarın Qəzza Zolağında xərcləyəcəyi 400 milyon dollarlıq layihənin bir hissəsidir.

İsrail 2007-ci ildə Həmas yaraqlı qrupu Qəzza Zolağını ələ keçirdikdən sonra əraziyə blokada tətbiq etmişdi. Az sonra İsrail bəzi məhdudiyyətləri ləğv etmiş, lakin tikinti materiallarına qoyulan məhdudiyyətləri aradan qaldırmamışdı.

Qaçaqmalçılar indiyədək Qəzza Zolağına tikinti materialları və digər təchizatları əsasən Misir sərhədindən tunellər vasitəsi ilə daşıyırdı.
XS
SM
MD
LG