Accessibility links

İtaliya rəsmilərinin bildirdiyinə görə, Liviya sahillərində daha yaxşı həyat qurmaq məqsədilə Aralıq dənizi vasitəsilə Avropa ölkələrinə keçməyə cəhd göstərən 4200-dən çox miqrant xilas edilib.

Sahil mühafizəçiləri İtaliya hərbi dəniz donanması, habelə Almaniya, İrlandiya, Belçika və Britaniya gəmilərinin köməyi ilə xilas edilmiş 4243 miqrantı Siciliya da daxil olmaqla İtaliyanın cənub limanlarına çatdırıblar.

Miqrantların əksəriyyətinin öz ölkələrini qeyri-sabit vəziyyət, hərbi münaqişələr, təqiblər və iqtisadiya səbəblərlə əlaqədar tərk etmiş Suriya, Liviya, Nigeriya, Mali və eritreya vətəndaşları olduğu bildirilir.

Sahil mühafizəçiləri həmçinin balıqçı gəmilərinin birində 17 insanın cəsədinin tapıldığını bildirib. Bu insanların milliyyəti və hansı şəraitdə öldüyü məlum deyil. Lakin İtaliya rəsmiləri bu kimi kiçik balıqçı gəmilərində insanların ölümünə adətən ifrat yorğunluq, susuzluq, zorakılıq və bu kimi başqa halların səbəb olduğunu bildirib.

İtaliya miqrantlara sıığınacaq verilməsində Avropa İttifaqının digər üzvlərindən kömək istəyib. Avropa İttifaqı üzv ölkələri məsuliyyətin bölüşdürülməsinə çağırıb, lakin bəzi ölkələr miqrantlara sığınacaq verməkdən imtina edib.

XS
SM
MD
LG