Accessibility links

İzabel Santos: Azərbaycan Yunusları müdafiə edən ATƏT-in əsas normalarını pozmasının utanc gətirdiyini bilmir


İzabel Santos
İzabel Santos

ATƏT-in Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos Leyla və Arif Yunusların barəsində hökmü pisləyib.

“Mən Azərbaycanda insan hüquqları sahəsində ən cəsarətli və tanınmış hüquq müdafəçilərindən olan Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun təcrid edilməsi üçün məhkəmənin siyasi motivli qərarından xəbər tutunca çox üzüldüm. Görünür, Azərbaycan hakimiyyəti Yunuslar cütlüyünü müdafiə edən ATƏT-in əsas normalarını pozmasının utanc gətirdiyini bilmir. Söhbət insan hüquqlarına hörmətlə yanaşılmasından, söz azadlığı və qanunun aliliyindən gedir. Azərbaycanda sürətli antidemokratik proses davam edir və mən hökuməti bu tendensiyanın dərhal qarşısını almağa çağırıram”, - İ.Santos vurğulayıb.

O qeyd edibki, Leyla və Arif Yunus ciddi xəstəlikdən əziyyət çəkirlər.

“Azərbaycan hökumətinin Yunuslar cütlüyünü humanitar əsaslarla həbsdən azad etməklə müsbət addım atmaq imkanı var. Mən hakimiyyəti bu qərara baxmağa çağırıram”, İ.Santos qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG