Accessibility links

İordaniya İslam Dövlətini hədəf alan hava hücumlarının dekabr ayında Suriyada girov götürülən və vəhşicəsinə öldürülən pilotun qisasının başlanğıcı olduğunu bildirib.

Kral Abdullanın pilotun dünyanı lərzəyə salan qətlindən sonra söz verdiyi kimi, cümə axşamı İordaniyanın hərbi təyyarələri İslam Dövlətinin Suriya və İraqdakı mövqelərinə onlarla bomba atıb.

İordaniyanın xarici işlər naziri Nasir Cudə dünən gecə CNN televiziya kanalına verdiyi müsahibəsində deyib ki, İslam Dövləti yaraqlılarını hər yerdə təqib edəcəklər.

Dünən Muaz Əl-Kasasbenin ailəsinə baş sağlığı verməyə gedən kral Abdulla İordaniya xalqını və dinini qorumaq uğrunda mübarizəni davam etdirəcəyini deyib.

XS
SM
MD
LG