Accessibility links

Culiya Robertsin ögey bacısı Nensi Motes vəfat edib


Culia Robertsin ögəy bacısı Nensi Motes vəfat edib. 37 yaşlı qadının ölmüş vəziyyətdə aşkar edildiyi deyilir.

Təhqiqatçılar hadəsənin baş verdiyi yerdə narkotik maddələrdən istifadə edildiyi haqdə dəllillər aşkar edib.

Hal-hazırda polis hadisənin cinayət nəticəsində baş verdiyi barədə dəlillərin olmadığını və Nensinin ölümünün intihar olduğunu deməyin də hələ tez olduğunu bildirib.

Nensi ögey bacısı Culiya Robertslə o qədər də yaxşı münasibətdə olmaması ilə tanınırdı. O, nişanlı idi və ailə həyatı qurmağa hazırlaşırdı. Ölümündən elə bir neçə ay əvvəl özünün Tviter hesabında mərhum “Tamamilə yad adamlardan, ailə üzvlərindən gördüyün qayğıdan daha çox qayğı görmək biyabırçılıqdır. Mən rəsmən başqa ailənin üzvü olmağı səbirsizliklə gözləyirəm”sözlərini yazmışdı.

Onun tviter hesabından birbaşa Culiya Robertsə ünvanladığı digər mesajlar isə o zamandan bəri pozulub. Nensi yayda verdiyi müsahibəsində yeniyetmə yaşlarından bəri Culiyanın onun kök olmasını tez-tez ələ saldığını açıqlamışdı. 2012-ci ildə mədə cərrahiyə əməliyyatından keçənədək Nensinin təxminən 136 kq çəkisi var idi. Əməliyyatdan sonra Nensi ögey bacısı ilə münasibətlərinin yaxşılaşacağına ümüd etdiyini deyib.

Deyilənə görə faciəli xəbərdən sonra Culiya Roberts Cimmi Kimmelin şou proqramında iştirakını ləğv edib.
XS
SM
MD
LG