Accessibility links

Jurnalist ittihamı rədd edib


Eynulla Fətullayev
Eynulla Fətullayev

Bu gün Qaradağ rayon məhkəməsində həbsdə olan “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevə qarşı qanunsuz narkotik saxlama ittihamı üzrə məhkəmə prosesi davam edib.

Bu gün Qaradağ rayon məhkəməsində həbsdə olan “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevə qarşı qanunsuz narkotik saxlama ittihamı üzrə məhkəmə prosesi davam edib.
İlk öncə vəkil jurnalistin əlindən qandalın çıxarılmasını və onun iclas zamanı dəmir barmaqlıqda saxlanmaması barədə vəsatət qaldırıb. Hakim vəsatəti təmin etsə də konvoy ilk anda qərara tabe olmaq istəməyib. Bu isə mübahisə yaradıb.

Dövlət ittihamçısı bildirib ki, 2009-cu il dekabrın 29-da 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən 0,22 qram heroin tapılıb. Ona qarşı Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz saxlanması maddəsi ilə ittiham irəli sürülüb.
Baş redaktor dövlət ittihamını qəti surətdə rədd edib. Cənab Fətullayev bildirib ki, saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsi konslagerdir və burada hər bir hərəkət həbsxana rəhbərliyinin nəzarəti altındadır. Jurnalist ağır şəraitli həbsxanada sağ qaldığına görə Avropa və Amerika təşkilatlarına minnətdarlıq bildirib.

Öz növbəsində, Penitensiar Xidmət deyilənləri təkzib edir və cəzaçəkmə müəssisələrində məhbuslar üçün uyğun şəraitin yaradıldığını bildirir.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, millətlərarası ədavəti qızışdırma və vergidən yayınma ittihamlar ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. Ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsi onun dərhal azadlığa buraxılması barədə qərar qəbul edib.

XS
SM
MD
LG