Accessibility links

Nar Cafe-də kimlər qanunsuz mərc oyunları keçirib?


Kafe
Kafe

Daxili İşlər Nazirliyimətbuat xidməti yerli mediada nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin deputatı Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus “Nar Cafe”-də əməliyyat keçirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Daxili İşlər Naziliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Amerikanın Səsinə “Nar Café”-də polisin əməliyyat keçirildiyini təsdiqləyib.

“Daxil olmuş məlumat əsasında polis əməkdaşları oktyabrın 11-də "Nar-Cafe"-də qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib”, Mansurzadə qeyd edib.

Xatırladaq ki, Elton Məmmədovun oğlu, Milli Məclis Aparatının əməkdaşı Aynar Məmmədova məxsus olduğu deyilən “Nar Cafe”-də polisin əməliyyat keçirilməsi və kafenin sahibi də daxil olmaqla bir neçə şəxsin saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması barədə yerli mediada müxtəlif məlumatlar yayılıb.

Öz növbəsində, Milli Məclisin deputatı Elton Məmmədov oğlu Aynar Məmmədovun saxlanması ilə bağlı yayılan məlumatları təkzib edib.

“Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir”- , deputat E. Məmmədov narazılığını gizlətmədən Amerikanın Səsinə bildirib.

XS
SM
MD
LG