Accessibility links

Kaliforniya rəsmiləri ştatın şimalında iki böyük meşədə sürətlə yayılan güclü yanğınlar nəticəsində bir yaşlı əlil qadının öldüyünü bildirib.

Skleroz xəstəliyinin ağır formasından əziyyət çəkən 72 yaşlı Barbara Makvilyamsın cəsədi Kaliforniyanın şərab istehsalı ilə məşhur Napa vadisində yerləşən evinin qalıqları altından çıxarılıb.

Yanğınsöndürənlər Makvilyamsı xilas etməyə çalışsa da ərazidə güclü yanğın səbəbindən onun evinə yaxın düşə bilməyib.

Ötən şənbə günündən bəri davam edən yanğın Napa vadisində 400 ev və 24 min hektar ərazini viran qoyub və əlavə 9 min binaya təhlükə yaradır.

300 kilometr şərqə doğru Sierra Nevada dağlıq ərazisində digər bir yanğın nəticəsində 135 evi dağıdıb.

Yanğınla mübarizə məqsədi ilə fövqəladə vəziyyət elan edən qubernator Cerri Braun təbii fəlakətlə mübarizə aparıldığını müxbirlərə bildirib.

Bu iki yanğın Kaliforniyanın şimalında baş verən 12 böyük yanğından biridir.

Fövqəladə hallar üzrə rəsmilər bildirib ki, yanğına başlıca səbəb dörd il davam edən quraqlıq və rekord səviyyədə isti hava şəraitidir.

Braun yanğının kompüter modelində nümayiş etdirilən ehtimaldan daha sürətlə yayıldığını bildirib.

Sinoptiklər şimal regionunda növbəti həftədə yanğınsöndürənlərə kömək edəcək soyuq hava şəraiti və yüksək rütubətin olacağını proqnozlaşdırır.

XS
SM
MD
LG