Accessibility links

Məşhur komediya ustası aktyor Robin Uilliyams dünyasını dəyiçib. Kaliforniya ştatında San Fransisko şəhəri yaxınlığındakı evində ölü tapılmış aktyorun intihar etdiyi ehtimal edilir. Onun 63 yaşı var idi.

ABŞ prezidenti Barak Obama Robin Vilyamsın istedadına yüksək qiymət verərək, onu tayı-bərabəri olmayan bir aktyor adlandırıb .

“Qodotu gözləyərkən” filmində onunla bərabər çəkilən aktyor Stiv Martin tvitter hesabında bunları yazıb: “Robin Uilliyamsı itirdiyimə görə şok keçiririrəm. Şərəfli, böyük istedada malik gözəl sənətkar və geniş ürəkli Robin Uilliyams.”

Yerli rəsmilər Uiliyamsın boğulma nəticəsində öldüyünü ehtimal edir, lakin onun ölümünün dəqiq səbəbi araşdırılır.

Robin Uilyamsın son zamanlar depresiya keçirdiyi deyilirdi. Uiliyams karyerasının lap əvvəlindən narkotik və spirtli içkiyə aludə olub və bir neçə həftə bundan əvvəl reabilitasiya mərkəzində narkotik problemindən müalicə keçdiyini etiraf edib.

Uiliyams 1970- ci illərdə televiziyada debyütünü edənədək komediya janrında monoloqlar deyirdi və “Mork və Mindi” kimi seriallarda iştirak edirdi. Daha sonra böyük ekrana gələn Robin Uilymas “Xanım Dubtfire”, “Sabahın xeyir Vyetnam”, “Ölü şairlər cəmiyyəti” kimi filmlərdə ifa etdiyi rollara görə məhurlaşmış və 1998-ci ildə “Good Will Hunting” filmindəki ifasına görə ən yaxşı tərəfmüqabili kateqoriyasında Oskar mükafatının qalibi olmuşdur.

XS
SM
MD
LG