Accessibility links

Kanada İslam Dövləti qrupunun Suriyada mövqelərinə havadan hücum edəcək


Kanadanın Baş naziri Stiven Harper

Kanadanın Baş naziri Stiven Harper

Kanadanın Baş naziri Stiven Harper Kanadanın İslam Dövləti qrupunun Suriyada mövqelərinin havadan atəşə tutulması da daxil olmaqla radikal qrupa qarşı hərbi əməliyyatları genişləndirdiyini bildirib.

Cənab Harper parlamentdə çıxışı zamanı deyib ki, Kanada hava hücumlarının keçirilməsi üçün Suriya hökumətinin razılığını almayacaq. O, Kanadanın İslam Dövləti qrupunun yaraqlılarının Suruiyada mövqelərinə qarşı hava hücumları keçirməli olduğunu bildirib. “İŞİD döyüşçüləri və onların ağır texnikası bizim hava hücumlarımızdan daha yaxşı qorunmaq üçün asanlıqla İraq sərhədindən Suriyaya daxil olur. Biz hesab edirik ki, İŞİD-in Suriyada sığınacaq tapması dayandırılmalıdır”-deyə baş nazir Stifen Harper bildirib.

Kanada Birləşmiş Ştatlardan sonra yaraqlı qrupun Suriyada mövqelərinə qarşı hava hücumları keçirəcək ikinci NATO üzvü olacaq. Radikal qrupa qarşı havadan hərbi əməliyyatlarda İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və başqa ərəb ölkələri iştirak edir.

Cənab Harper habelə bidirib ki, Kanadanın İraqda İslam Dövləti qrupuna qarşı hərbi missiyası 2016-cı il martın 1-dən bir il də uzadıla bilər.

Kanadanın hərbi təyyarələri ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupunun İraqda mövqelərinin bombardman edilməsi missiyasında iştirak edirdi. Kanada həmçinin İraqın şimalında kürd döyüşçülərinə təlim vermək üçün bölgədə 70 nəfərdən ibarət əsgəri qüvvə yerləşdirib.

XS
SM
MD
LG