Accessibility links

Kanadada naməlum silahlı şəxsin Milli Müharibə Memorialı yaxınlığında mühafizəçi əsgəri öldürməsindən sonra Ottava şəhərindəki parlament binasında onlarla atəş səsi eşidilib.

Polis deyir ki, həmin naməlum silahlı şəxs daha sonra parlamentin əsas binasında öldürülüb.

***
Kanadada ən azı bir silahlı naməlum şəxsin Milli Müharibə Memorialı yaxınlığında dayanan əsgəri odlu silahla güllələməsindən sonra güclü silahlanmış Kanada polisi zirehli maşınların müşayiəti ilə ölkənin Ottava şəhərində olan parlament binasını əhatəyə alıb.

Şahidlər deyir ki, Müharibə Memorialında atəş açdıqdan sonra silahlı şəxsi parlament binası istiqamətində qaçan görüblər və bəzi məlumatlara görə Parlamentin baş qərargahında da qarşılıqlı atışma səsləri eşidilib.

Kanada Yayım Şirkərinin xəbərində deyilir ki, polis silahlı şəxsin mərkəzi parlament binasında öldürüldüyünü təsdiq edib.

Baş nazir Stefen Harperin sözçüsü bildirib ki, baş nazir hadisə yerini tərk edib və ona təhlükə yoxdur.

Yaralanmış əsgər isə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ilə bağlı məlumat verilmir.

Atışma Monreal yaxınlığında islam dinin qəbul etmiş bir nəfərin maşınla iki Kanada əsgərinə hücum etməsindən iki sonra baş verib.

XS
SM
MD
LG