Accessibility links

Kapitoliya binasında atışmanı törədən 66 yaşlı Lerri Dauson saxlanılıb


ABŞ paytaxtında Kapitoliya binasında polis silahlı şəxsin girişdə təhlükəsizlik yoxlanışını keçən zaman silahını çıxarıb zabitləri nişan almasından sonra ona atəş açıb.

Kapitoliya polisinin rəisi Metyu Verderosa silahlı şəxsin Tennesi ştatının Neşvil şəhərinin sakini, 66 yaşlı Lerri Dauson olduğunu müəyyən edib. Dausonun xəstəxanada ağır vəziyyətdə olduğu barədə məlumat verilib.

“İlkin təhqiqatlara əsasən düşünürük ki, şübhəli şəxs hücumda tək iştirak edib. Həmin şəxs əvvəllər də Kapitoliyanı tez-tez ziyarət edib və hadisənin cinayətdən olmadığına inanmamağa səbəb yoxdur” – deyə Metyu Verderosa bildirib.

Kapitoliya binasının polis rəisi Metyu Verderosa
Kapitoliya binasının polis rəisi Metyu Verderosa

Konqresdə Pasxa bayramı ilə əlaqədar bazar ertəsi iş günü olmayıb. Lakin çox sayda turist atışma baş verən zaman Kapitoliyanı ziyarət edirdi. Hadisə zamanı içəridə olan ziyarətçilər sığınacağa aparılıb və polis binaya girişi bağlayıb.

Kapitoliya polisinin rəisi deyib ki, hadisənin baş verdiyi yerin yaxınlığında olan bir qadın yüngül xəsarət alıb. Atışmada heç bir zabit yaralanmayıb.

Dauson oktyabr ayında Kapitoliya binası ərazisində qanunsuz hərəkətə və Nümayəndələr Palatasının qalereyasında İncilin bir hissəni yüksək səslə oxuyaraq, özünü Allahın elçisi adlandırdıqdan sonra polis zabitini təhqir etdiyinə görə polis tərəfindən saxlanmışdı.

XS
SM
MD
LG