Accessibility links

Türk alim Qırğızistan hadisələrində Bakıyevin rolu olduğuna inanmır


Mütəxəssis Qırğızıstanın cənub bölgələrində şimalla müqayisədə mühafizəkar fikirlərin daha geniş yayıldığını qeyd edir və özbək islamçı hərəkatının nümayəndələrinin bir zamanlar burada sığınacaq tapdığını vurğulayır.

Qırğızıstanda qanlı toqquşmalara gətirib çıxarın hadisələrin səbəbləri təhlilçilərin bu günlər şərh etdiyi mövzu olaraq qalır. Ankarada yerləşən Bilkent universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin Dossenti Həsən Əli Karasar Amerikanın səsinə müsahibədə hadisələrin səbəblərini izah edir.

Bilkent universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin dossenti Həsən Əli Karasar deyir ki, Sovet İttifaqının dağılımasından sonra bölgədə ciddi etnik problemlərin olacağı gözlənilirdi. Mütəxəssis əvvəlki illər baş vermiş hadisələrə nəzər salaraq,1989-cu ildə ahıska türklərinə qarşı qətliamın, 90-cı illərdə isə qırğızlarla özbəklər arasında ciddi qanlı toqquşmaların olduğunu xatırladır. Lakin o deyir ki, bu gün baş verən hadisələr 90-cı illərin hadisələrindən bir qədər fərqlidir. Həsən Əli Karasar bəzi təhlilçilərin hakimiyyətdən devilmiş prezidenti Kurmanbek Bakiyevin əsas siyasi bazası hesab edilən cənub bölgəsində baş vermiş hadisələrdə onun rolu olduğu haqda fikirləri ilə razılaşmır.

Mütəxəssis Qırğızıstanın cənub bölgələrində şimalla müqayisədə mühafizəkar fikirlərin daha geniş yayıldığını qeyd edir və özbək islamçı hərəkatının nümayəndələrinin bir zamanlar burada sığınacaq tapdığını vurğulayır.

Həsən Əli Karasar Qırğızıstanın müvəqqəti hökumətinin prezidenti Roza Otunbayevanın referendum keçirilməsi planlarını şərh edərək deyir ki, hazırkı vaxt ən münasib vaxt olmasa da, müvəqqəti hökumətin əsas məqsədinin avtoritar rejimin hakiymiyyətə gəlməsinə bir daha yol verməmək olduğunu unutmaq olmaz.

Qırğızıstanın müvəqqəti hökumətinin əsgəri qüvvə ilə yardım haqda Rusiyaya müraciətini şərh edən Həsən Əli Karasar bildirir 

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG