Accessibility links

Bayram Balçı: "Ərdoğanla Gülən arasında savaşa Türkiyənin daxili və xarici siyasətindəki fikir ayrılıqları səbəb olub" [Audio-Müsahbə]


Fətullah Gülən və Rəcəb Tayyip Ərdoğan, baş nazirin siyasi karyerasının erkən çağlarında

Fətullah Gülən və Rəcəb Tayyip Ərdoğan, baş nazirin siyasi karyerasının erkən çağlarında

Vaşinqtonda qərargahlanan Karneqi Beynəlxalq Sülh Fondunun Türkiyə üzrə eksperi Bayram Balçı Türkiyədə yaşanan son durumun köklərinə nəzər salaraq, Fətullah Gülən və Rəcəb Tayyip Ərdoğan koalisiyasının dağılmasının səbəblərindən danışıb.


O hesab edir ki, 2002-ci ildən əsası qoyulan bu əlaqələr olduqca yaxşı idi. Belə ki, onların din və türkçülük nöqteyi-nəzərindən fərqləri yox idi. Lakin son aylar Türkiyənin daxili və xarici siyasətindəki fikir ayrılıqları onlar arasında savaşa səbəb olub. Bu baxımdan onların gələcəkdə bərabər çalışmaları çətin olacaq.

Bayram Balçı

Bayram Balçı

Ərdoğanın konstitusiyada dəyişiklik etmək cəhdinin baş tutub-tutmayacağı və son olayların bu prosesə təsirindən danışan Bayram Balçı deyib ki, son qalmaqal Türkiyənin bundan sonrakı bütün siyasi proseslərinə təsir qoyacaq. Ərdoğan göstərməsə də, son olaylar onu zəiflədəcək. Təsir neqativ olacaq.

Ərdoğan hökumətinin Yaxın Şərq siyasətində kursunu dəyişməsini daxili məsələlərlə əlaqələndirən ekspertin fikrincə, Gülən-Ərdoğan birliyinin indiyədək mövcud olmasını onların dünyəvi ordu kimi ortaq düşmənləri mümkün etmişdi. İsrail, İran, kürd məsələlərinə gəldikdə onlar arasında heç vaxt ortaq fikir olmayıb.

Bu qalmaqalın mart ayında keçiriləcək yerli və bələdiyyə seçkilərinə təsirindən danışan Bayram Balçı bildirib ki, bir çoxları artıq Ərdoğanın partiyasna səs verməyəcələrini deyir. Lakin vəziyyət asan deyil. AKP-yə alternativ partiya yoxdur və İslam təmayüllü insanların mövqeyi bu partiyaya çox yaxındır. Ola bilsin ki, növbəti seçkilərdə onlar heç bir partiyaya səs verməsin.
XS
SM
MD
LG