Accessibility links

Eşton Karter Benyamin Netanyahu ilə görüş keçirir


ABŞ-ın Müdafiə naziri Eşton Karter və İsrailin Baş naziri Benyamin Netanyahu
ABŞ-ın Müdafiə naziri Eşton Karter və İsrailin Baş naziri Benyamin Netanyahu

ABŞ-ın Müdafiə naziri Eşton Karter çərşənbə axşamı İsraildə İranla nüvə sazişini müzakirə etmək məqsədilə baş nazir Benyamin Netanyahu ilə görüşür.

Bazar ertəsi cənab Karter İsrailin narahatlıqlarını ünvanlamağa çalışaraq, İsraili “Amerikanın Yaxın Şərqdəki strategiyasının təməl nöqtəsi adlandırıb. ”

Cənab Netanyahu proses boyu nüvə danışıqlarının əleyhinə çıxış edib. Ötən həftə ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya uzun zamandır gözlənilən razılığı əldə edəndən sonra Benyamin Netanyahu bu sazişi “tarixi səhv” adlandırıb.

BMT Təhlükəsizlik Şurası bazar ertəsi yekdilliklə nüvə razılığını təsdiq edib. Bu isə İsrailin BMT-dəki səfiri Ron Prosorun tənqidinə səbəb olub. O, qətnaməni “faciə” adlandırıb.

“İranın terrorçu qrupları dəstəkləməsi üçün artıq 150 milyard dolları olacaq. O pulun hansı hissəsi Həmas və Hizbullaha veriləcək? Bəs Bəşər Əl-Əsədə?” deyə o sual edib.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauers Təhlükəsizlik Şurasını bu qərara görə alqışlayıb, lakin bunun Amerikanın İranla bağlı narahatlıqlarını azaltmayacağını da qeyd edib. O bu narahatlıqlara insan haqları pozuntuları, İranın terrorizmi dəstəkləməsi və ballistik raket proqramının daxil olduğunu qeyd edib.

Eyni zamanda çərşənbə axşamı Fransanın xarici işlər naziri Loran Fabius gələn həftə İrana səfər edəcəyini və səfər zamanı prezident Həsən Ruhani ilə görüşəcəyini elan edib. Cənab Fabius iranlı həmkarı Məhəmməd Cavad Zərifin ötən həftə danışıqların sonunda onu Tehrana dəvət etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG