Accessibility links

Kasparov: Putinin sərvətləri hədəf alınmalıdır


Şahmat üzrə keçmiş dünya çempionu və hazırda ABŞ-da yaşayan Rusiya dissidenti Qarri Kasparov xəbərdarlıq edib ki, prezident seçilmiş Donald Tramp kursu dəyişməyib, Vladimir Putinin qarşısını almasa, dünyanı “çox qaranlıq günlər gözləyir”.

Yahoo News-a müsahibə verən Kasparov deyib ki, Putin və xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla onun yaxın köməkçiləri Trampın prezidentliyini səbirsizliklə gözləyirlər, çünki onlar hesab edir ki, Tramp Rusiya ilə əlverişli sövdələşmələrə gedərək, Moskvanın nüfuz dairəsini genişlətməsinə imkan verəcək.

Putinin sərvətləri hədəf alınmalıdır. Rusiyadan nə qədər pul oğurlandığını göstərmək lazımdır. Amerika kəşfiyyatı bu pulların harada saxlandığını dəqiq bilir.
Qarri Kasparov

“Onlar Trampdan hər şey gözləyirlər. Onlar hesab edir ki, Tramp hər şeyi dəyişəcək və Putinin tələblərinə güzəştə gedəcək, həmçinin Krımın işğalını tanıyacaq”- deyə Kasparov bildirib.

O əlavə edib ki, Rusiya prezident seçilmiş Trampın NATO-nun rolunu zəiflədəcəyini və “Baltikyanı ölkələri qurban verəcəyini” hesab edir.

“Mən bunu cinayət hesab edirəm. Əgər ABŞ balansı bərpa etmək niyyətində olmasa, bizi çox qaranlıq günlər gözləyir”- deyə Kasparov əlavə edib.

Qarri Kasparov müsahibədə bildirdiyi kimi, həyatı təhlükədə olduğu üçün bir neçə il bundan əvvəl Nyu-York şəhərinə köçüb.

Onlar Putin hakimiyyətinin özəyini-onun rus oliqarxlarının Rusiyadan çıxardığı yüz milyardlarla dollarla manipulyasiya etmək qabiliyyətini hədəf almaq lazımdır. O bu vəsaitlərdən gizli əməliyylatlarını aparmaq üçün istifadə edir. Onun dərsini vermək lazımdır.
Qarri Kasparov

O, ABŞ hökumətini əvvəlli ölçülərdən daha ciddi tədbirlər görməyə çağırıb. Prezident Obama Rusiyanın 35 diplomatının ölkədən çıxarılması və hərbi kəşfiyyat orqanlarını dörd yüksək səviyyəli nümayəndəsinə qarşı sanksiyaların tətbiqi haqda göstəriş verib.

“Putinin sərvətləri hədəf alınmalıdır. Rusiyadan nə qədər pul oğurlandığını göstərmək lazımdır. Amerika kəşfiyyatı bu pulların harada saxlandığını dəqiq bilir. Onlar Putin hakimiyyətinin özəyini-onun rus oliqarxlarının Rusiyadan çıxardığı yüz milyardlarla dollarla manipulyasiya etmək qabiliyyətini hədəf almaq lazımdır. O bu vəsaitlərdən gizli əməliyylatlarını aparmaq üçün istifadə edir. Onun dərsini vermək lazımdır.”

XS
SM
MD
LG