Accessibility links

Con Kerri: Suriyanın müvəqqəti hökumətində Bəşar Əl-Əsəd yer almayacaq


ABŞ dövlət katibi Con Kerri Suriyanın müvəqqəti hökumətində prezident Bəşar Əl-Əsədin yer almayacağını bildirib.

Bu gün Romada İordaniyanın xarici işlər naziri Nasir Cudehlə görüşən Kerri bu siyasi həll yolunun Suriya hökuməti və Əsəd rejiminə qarşı olanlar arasında əldə edildiyini deyib.

O, Rusiyanı bir daha Suriyaya silah satışını dayandırmağa çağırıb.

Dövlət katibi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov may ayının sonunda Suriya ilə bağlı beynəlxalq konfrans təşkil ediləcəyinə ümid bəslədiklərini bildirib.

Suriyanın əsas müxalifət koalisiyası Əsəd və hakimiyyəti tərk edəcək rəsmilərlə dialoqa səsləyir.

Diplomatlar tərəfləri müzakirələrə razı salacaqlarına ümid bəsləyirlər.

ABŞ Əsədin istefasının, Rusiya isə onun hakimiyyətdə qalmasının tərəfdarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG