Accessibility links

ABŞ Dövlət katibi Con Kerri deyib ki, fələstinlilər İsrailə Fələstin ərazilərindən çıxması üçün möhlət verilməsinə dair qətnaməni BMT-nin Təhlükəsizlik Şurasına təqdim etməyə hazırlaşdığı vaxt İsraildə qarşıdan gələn seçkiyə mane olacaq heç bir şeyə imkan verilməməlidir.

Londonda fələstinli müzakirəçi Saeb Erekatla danışıqlardan əvvəl müxbirlərə açıqlama verən Con Kerri bildirib ki, sülhə nail olmaq yollarının tapılması imkanını əldə etmək üçün gərginliklərin azaldılması zəruridir.

Con Kerri Birləşmiş Ştatlarn Fələstin dövlətinin yaradılması ilə bağlı BMT-də mümkün qətnaməyə dair heç bir qərar vermədiyini deyib.

Saeb Erekatla görüşdən sonra ABŞ Dövlət katibi Ərəb Liqasının başçısı Nabil Elarabi ilə görüş keçirib. Bu görüşlər Fələstin diplomatlarının onların hazırladığı qətnamənin Təhlükəsizlik Şurasının təqdim edilməli olduğunu deməsindən bir gün sonra keçirilir.

Con Kerri Londonda danışıqları vəziyyətin dəyərləndirilməsi üçün bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə Romada, Britaniya və Almaniya xarici işlər nazirləri ilə isə Parisdə görüşlərin ardınca aparıb.

XS
SM
MD
LG