Accessibility links

Con Kerri: Suriya "böyük keçid" prosesinə yaxındır


ABŞ Dövlət katibi Con Kerri deyib ki, keçən həftə Vyanada müharibənin dağıtdığı ölkədə siyasi dəyişikliklərə dair planın qəbul edilməsi ilə nəticələnən beynəlxalq danışıqların ardınca Suriya bir neçə həftə ərzində "böyük keçid" prosesinə yaxınlaşır.

Kerri İran və Rusiyanın beş ildir sürən vətəndaş müharibəsi nəticəsində 250 mindən çox insanın həyatını itirdiyi Suriyada atəşkəsə nail olmaq səylərinə dəstək verməklə "prosesi canlandırmasının" zəruriliyini dilə gərtirib.

İran və Rusiya Suriya prezidenti Bəşar Əl-Əsədi dəstəkləyir, lakin Birləşmiş Ştatlar onun Suriyada siyasi böhranın davamlı həllinin bir hissəsi ola bilməyəcəyini hesab edir.

Con Kerri bu açıqlamaları Parisdə Fransa prezidenti Fransua Ollandla cümə günü törədilmiş terror aksiyaları ilə bağlı müzakirələr keçirdikdən sonra verib.

Dünyanın 20 ölkəsinin diplomatı şənbə günü Vyanada Suriyada siyasi böhranın həllinə dair danışıqlar aparıb. Diplomatlar Suriya hökuməti və müxalifət nümayəndələrinin yanvarın 1-ə qədər BMT-nin vasitəçilik etdiyi danışıqlara qatılmalı olduğunun vacibliyi ilə bağlı razılıq əldə edib. Görüş iştirakçıları həmçinin altı ay müddətində Suriyada etibarlı və bütün tərəflərin təmsil olduğu hökumətin yaradılması və 18 ay ərzində azad və ədalətli seçkilərin keçirilməsini planlarını dəstəkləyib.

XS
SM
MD
LG