Accessibility links

Aİ-nin ali komissarı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayır


Ketrin Eşton: Mən Azərbaycanda insan hüquqlarının vəziyyətindən çox narahatam

Ketrin Eşton: Mən Azərbaycanda insan hüquqlarının vəziyyətindən çox narahatam

Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton Azərbaycan və Ermənistan prezidentlərinin 19 noyabr Vyana görüşünü alqışlayıb.

O, öz bəyanatında qeyd edib ki, “Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları davam etdirməyə və tezliklə yeni görüş keçirməyə hazır olması nikbinlik yaradır”.

Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı qeyd edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yeni cəhdlərdə iştirak etməyə və gələcəkdə Minsk Qrupunun fəaliyyətini gücləndirməklə sülhməramlı səylərə yardım etməyə hazırdır.
XS
SM
MD
LG