Accessibility links

Teylor Sviftlə Keyti Perri arasında düşmənçilik davam edir


Artıq hər kəs Teylor Sviftlə Keyti Perri arasında mübahisə getdiyindən xəbərdardır. Lakin Country mahnı ifaçısı, super ulduz həm dost, həm düşməni olan Keyti Perri ilə münasibətlərini ictimailəşdirməyib.

Svift bildirib ki, o heç bir vaxt müsahibələrində Keyti haqda danışmayacaq; - Müdrik qərardır.

Ulduzlar haqda dedi-qodu Svift Rolling Stone jurnalına “Bad Blood” mahnısını adını açıqlamaq istəmədiyi bir pis qıza həsr etdiyini deməsindən sonra ictimailəşdi. O, həmin qızın pop ulduz və onun qatı düşməninə çevrildiyini deyib.

Keyti və Teylor hər ikisi də müğənni Con Meyorla görüşüb.

Daha sonra isə Keytinin Super Bowl oyunundakı layihəsi zamanı Teylorun rəqqaslarından birini özəlləşdirdiyi barədə söz-söhbət yayıldı. Və bu kimi dedi-qodular yayılmaqda davam edir.

Amma Teylor bütün bu baş verənlərdən heç də narahat deyil və yaradıcılığı ilə məşğuldur. Teylor həyatından çox razı olduğuna görə 30 yaşı olanda belə subay qalmaq və indiki həyat tərzini davam etdirmək istədiyini deyir. Belə, Teylora şəxsi həyatında daha xoşbəxtlik və uğur arzulayırıq.

XS
SM
MD
LG