Accessibility links

Şimali Koreya vətəndaşlara liderlərinin adı ilə eyni adı daşımağı qadağan edib


Şimali Koreya hökuməti öz vətəndaşlarına ölkə lideri Kim Conq Unla eyni adı daşımağı qadağan edib.

Bu artıq üç nəsildir Şimali Koreyanı idarə edən Kim ailəsinə pərəstiş kultu yaradılması yolunda rəsmi Pxenyan tərəfindən atılan ən son addımdır.

Şimali Koreya hökumətinin verdiyi sərəncamda bildirilib ki, adı Kim Conq Un olan hər bir vətəndaş yeni ad almalıdır və onlara Kim Conq Un adı ilə verilmiş doğum haqqında şəhadətnamələr ləğv olunmalıdır.

Cənubi Koreya mətbuatının əldə etdiyi sərəncamda əmrin cənab Kimin atasının ölümündən sonra hakimiyyətə gəlişindən bir il əvvəl, yəni 2011-ci ilin yanvar ayında verildiyi göstərilir.

Kim Conq İl ölümündən öncə oğlu Kim Conq Unu davamçısı olaraq hakimiyyəti ələ almaq üçün hazırlayırdı.

Şimali Koreya bu göstərişlə bağlı heç bir şərh verməyib. Lakin Seul rəsmiləri göstərişin həqiqi olduğunu bildirilər, çünki Pxenyan daha öncə də vətəndaşların Kim Conq İl və ya ölkənin banisi Kim İl Sanq-ın adını daşımasına icazə verməyib.

XS
SM
MD
LG